Türkiyəli nazir səhra hospitalında general-leytenant Etibar Mirzəyevlə görüşdü

img

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Bu barədə Rezonans.az-a FHN-dən məlumat verilib.

Məlumata görə, bu gün Türkiyə Respublikası səhiyyə nazirinin müavini Tolqa Tolunay və Müdafiə Nazirliyi Tibb xidməti rəisinin müavini general-mayor Durmuş Aydemir FHN-in mobil səhra hospitalında olub.

Burada fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və tibbi personalı ilə görüşüb, səhra hospitalında olan xəstələrin səhhəti ilə maraqlanıb.

Etibar Mirzəyev yaradılan şəraitlə bağlı türkiyəli nazir müavininə məlumat verib.

T.Tolunay və D.Aydemir hospitallarda yaradılmış şəraiti yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.


Xəbəri paylaş: