Qəbələ rayonundan qardaş Türkiyəyə növbəti yardım yola salınıb

img

Fevralın 6-da qardaş Türkiyədə baş vermiş və böyük dağıntılara, on minlərlə insan itkisinə səbəb olmuş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına Qəbələ rayonu da qoşulub.

İcra hakimiyyətindən Rezonans.az-a bildirilib ki, fevralın 13-də rayon icra hakimiyyəti tərəfindən 4 TIR humanitar yardım Türkiyəyə yola salınıb. Qardaş yardımına zəlzələ bölgəsində daha çox ehtiyac duyulan elektrik generatorları və içməli su daxildir.

Xəbəri paylaş: