
Sabah axşam saatlarında Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirəcək.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“Sabah saat 20:00-da Türkiyə, Şimali Kipr və Azərbaycanda “Türkiyə, tək ürək” şüarı ilə yardım kampaniyası keçiriləcək”, - Prezident qeyd edib.