Türkiyəyə 25 vaqon yardım göndəriləcək

img

Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycandan bu ölkəyə humanitar yardımların göndərilməsi davam edir.

Rezonans.az-ın Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, növbəti yardım dəmir yolu nəqliyyatı vasitəsilə göndəriləcək.

Məlumata görə, Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım məqsədilə fevralın 16-da Sumqayıt Dəmiryolu stansiyasından 25 vaqondan ibarət yardımlar yola salınacaq.
Yardımların sola salınması mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edəcək.

Xəbəri paylaş: