Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var

img

Bu gün Bakı-Quba magistralında ağır yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Rezonans.az-a verilən ilkin məlumata görə, magistralın Siyəzən rayonundan keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla “Opel” markalı minik avtomobili toqquşub. 

Nəticədə 2 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Xəbəri paylaş: