Cəlilabadda 20 yaşlı oğlan bıçaqlandı

img

Fevralın 18-də saat 21 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Rezonans.az-bildirilib ki, aparılan araşdırmalar nəticəsində, cinayət əməlinin 2000-ci il təvəllüdlü Əkbər Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

 

K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

 

Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: