Zəlzələdən sonra 6 mindən çox afterşoklar qeydə alınıb

img

Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra bölgədə 6 mindən çox yeraltı təkan qeydə alınıb.

 

Rezonans.az-ın məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Riskin Azaldılması baş direktoru Orxan Tatar bildirib.

 

"Fevralın 6-dan sonrakı təkanların sayı 6 min 40-ı ötüb. Normal vaxtlarda bu, Türkiyədə dörd ayda qeydə alınan zəlzələlərin sayıdır", - deyə baş direktor deyib.

 

Onun sözlərinə görə, afterşoklardan birinin maqnitudası 6,6, 40-a yaxınının maqnitudası 5-6 bal arasında dəyişib, daha 436-sı 4-5 bal gücündə olub.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Xəbəri paylaş: