Avropalılar qaza qənaət edir - İstehlak xeyli azalıb

img

Avropada qaz istehlakı azalıb.

 

Rezonans.az xəbər verir ki, bunu "Eurostat"ın məlumatları təsdiqləyir.

 

Məlumata görə, 2022-ci ilin avqustundan 2023-cü ilin yanvarına qədər Avropa ölkələri son beş ilin eyni dövrünün orta göstəricisindən 19,3% az qaz istehlak edib. Bəzi Avropa ölkələrində qaz istehlakı 40-50% azalıb.

 

Beş illik orta göstərici ilə müqayisədə qaz istehlakı ən çox Finlandiyada azalıb (57,3%). Sonrakı yerlərdə Litva (47,9%) və İsveç (40,2%) gəlir. 

Xəbəri paylaş: