Şəkidə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib

img

“Heydər Əliyev İli” ilə əlaqədar Şəkidə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.


Rezonans.az xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.


Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov,  Milli Məclisin deputatı Cavanşir Feyziyev, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov və YAP fəalları çıxış ediblər. Deputat Vüqar İskəndərov vurğulayıb ki, Heydər Əliyevin mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir.


Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.

Xəbəri paylaş: