
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə rayon sakinləri Abdullayev Fikrət Qüdrət oğlu; Məhərrəmov Kamil Zülfüqar oğlu; Əliyev Saqi Cavid oğlu; Bərdə rayonu Cəyirli kənd sakini İsmayılov Tariyel Tahir oğlu; Bərdə rayonu Gərənə kənd sakini Muradov Ruslan Məhəmməd oğlu; Əzimov Ramal Vahid oğlu və Bərdə rayon Lənbəran kənd sakini Mamedov Qurban Ramiz oğlu saxlanılmış,həmin şəxslərin üzərilərinə və yaşadığı evlərinə baxış zamanı ümumilikdə çəkisi 4 kq yaxın narkotik vasitə olan qurudulmuş marixuana və külli miqdarda narkotik vasitə olan heroin və metamfetamin, psixotrop maddə hesab olunan metadon və tramadol həbləri aşkar olunmuşdur.
Rezonans.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Həyata keçirilən tədbir nəticəsində saxlanılmış şəxslər barəsində həbs qətimkan tədbiri seçilərək Bərdə RPŞ-də araşdırma aparılır...Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində hayata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son 1 ay ərzində 20 nəfərdən artıq şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilmiş və həmin şəxslərdən ümumilikdə 4 kq-dan artıq narkotik vasitə olan qurudulmuş marixuana, 3 kq-dan artıq heroin və digər psixotrop tərkibli dərman həbləri aşkar olunaraq dövriyyədən çıxarılmışdır. Bərdə RPŞ əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində tədbirləri davam etdirilir.