Bakıda tıxac olan yolların SİYAHISI

img

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.

 

Bu barədə Rezonans.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Hazırda:

 

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

 

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

 

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

 

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

 

5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

 

6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

 

7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

 

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 

9. Zərifə Əliyeva küçəsində;

 

10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

 

11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

 

12. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Xəbəri paylaş: