Bakıda çoxmərtəbəli binada YANĞIN

img

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, rayonda tikintisi başa çatmayan çoxmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan taxta konstruksiyalardan ibarət otaq (işçilərin geyinib-soyunması üçün istifadə olunur) 6 m² sahədə yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: