Hüseyin Altınalan Xocalı faciəsinin ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verdi - ÖZƏL

img

“Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı qətliamı kimi! Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər.”

Rezonans.az-ın məlumatına görə Hüseyin Altınalan bildirib ki, “31 yıl önce soğuk bir kış gecesi Hocalı’da hunharca katledilen Azerbaycanlı kardeşlerimizi rahmetle yad ediyor, bu vahşetin acısını daima yüreğimizde hissediyoruz.


Xəbəri paylaş: