
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib.
Rezonans.az xəbər verir ki, paylaşımda deyilir:
31 il əvvəl Xocalıda şəhid olan azərbaycanlı bacı-qardaşlarımızın xatirəsini rəhmətlə yad edir, kədər və sevinc içində əbədi bir yerdə olduğumuz Azərbaycana bir daha başsağlığı verirəm.
Rəsmi olaraq beynəlxalq cinayət kimi tanınan bu soyqırımı heç vaxt unutmayacağıq”.