Gürcüstan bu yay PUA istehsalına başlayacaq

img

Gürcüstan bu yay pilotsuz döyüş təyyarələrinin istehsalına başlayacaq.

Rezonans.az xəbər verir ki, plana əsasən, ildə 1000-dən 1500-ə qədər kəşfiyyat və döyüş pilotsuz təyyarəsi istehsal olunacaq.

Müdafiə naziri Juansher Burchuladze bildirib ki, cihazların ilk nüsxələri artıq baş nazir İrakli Qaribaşvilinin iştirakı ilə istehsal edilib və sınaqdan keçirilib.

Tikintisi ötən ilin dekabrında başa çatdırılmış Tbilisi yaxınlığında Gürcüstan-Polşa birgə müəssisəsində pilotsuz təyyarələrin istehsalına başlanılıb. Bundan əlavə, layihə çərçivəsində hərbi personalın kəşfiyyat və döyüş pilotsuz uçan aparatlarının idarə edilməsi üzrə təlimi üçün təlim mərkəzi yaradılır.

Xəbəri paylaş: