ABŞ-dan Ukrayna üçün yeni hərbi yardım PAKETİ

img

ABŞ martın 3-ü Ukraynaya növbəti yardım paketini elan etməyi planlaşdırır.

Rezonans.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi məlumat verib.

Yeni yardım paketinə HIMARS mərmiləri və artilleriya qurğularının daxil olacağı bildirilir.

O bildirib ki, bu yardımın Ukrayna hərbçiləri üçün strateji əhəmiyyəti var.

Kirbi yeni yardım paketinin tam olaraq nələri ehtiva edəcəyi barədə daha ətraflı məlumat verməyib.

Xəbəri paylaş: