Marketə silahlı hücumda yaralananların vəziyyəti AÇIQLANDI

Marketə silahlı hücumda yaralananların vəziyyəti AÇIQLANDI

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.

TƏBİB-dən Rezonans.az-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.  Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir.  Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib.

Xəbəri paylaş: