Şuşa yaxınlığında erməni təxribatının qarşısı alınıb, üç terrorçu məhv edilib

img

Azərbaycanın Qarabağ bölgəsində erməni təxribatının qarşısı alınıb.

Rezonans.az “Caliber”ə istinadən xəbər verir ki, Azərbaycan tərəfi müəyyən müddətdə Ermənistan ərazisindən Laçın yoluna alternativ Xələfəli yolundan Qarabağ bölgəsinə silah, sursat və canlı qüvvənin daşınması barədə siqnallar alıb.

Bu gün növbəti analoji siqnalı alan əməliyyatçılarımız yerdə yoxlama aparmaq üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində təxribatçıların 3-ü zərərsizləşdirilib, daha bir terrorçu yaralanıb", - “Caliber” qeyd edib.

Bugünkü təxribat onu təsdiqləyir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı təxribat və təxribat törətməkdə, onun ərazisinə silah-sursat, habelə canlı qüvvə atmaqda davam edir. Məlumdurr ki, Nikol Paşinyanın psevdosülhpərvər ritorikasına baxmayaraq, “miatsum” siyasətini davam etdirmək cəhdləri dayanmır.

Xəbəri paylaş: