Mobil telefon aşkarlanan şagirdlər imtahandan xaric EDİLDİ

img

Xəbər verdiyimiz kimi, DİM martın 5-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzindən Rezonans.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, 6 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılacaq.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Xəbəri paylaş: