Türkiyədə zəlzələdən sonra afterşokların sayı açıqlandı

img

Fevralın 6-da Kahramanmaraşda baş vermiş 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra indiyədək bölgədə 13 753 yeraltı təkan qeydə alınıb.

Rezonans.az xəbər verir ki, bu, AFAD-ın yaydığı məlumatda öz əksini tapıb. Bildirilib ki, fevralın 6-da Elbistan və Pazarcıkda baş vermiş, eyni zamanda ətraf ərazilərdə də hiss olunan zəlzələdən sonra yeraltı təkanlar davam edir.

Bildirilib ki, vətəndaşların zərər görmüş binalardan uzaq durmağı məsləhətdir.

Xəbəri paylaş: