NATO illik böhran təlimləri keçirəcək

img

NATO-nun "strateji siyasi-hərbi səviyyədə qərarların qəbulu və məsləhətləşmə mexanizmlərinin sınaqdan keçirilməsi" üçün nəzərdə tutulmuş böhranın idarə edilməsi üzrə illik təlimi martın 9-dan 15-dək baş tutacaq.

Rezonans.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təlimə “NATO-ya üzv ölkələrdə, həmçinin İsveç və Finlandiyadakı mülki və hərbi qərargahlar və strateji komandanlıqlar” cəlb olunacaq. "Yerləşdirilmiş qüvvələr təlimlərdə iştirak etməyəcək", - alyans bildirib. Eyni zamanda, təlimdə NATO və Aİ qurumları arasında məlumat mübadiləsi də aparılacaq.

"Təlimlər hibrid mühitdə mürəkkəb mülki-hərbi ssenariyə kompleks cavabların hazırlanmasını əhatə edəcək", - mətbuat xidmətinin məlumatında deyilir.

Xəbəri paylaş: