Türkiyədə atışma - Ölən və yaralanan var

img

Türkiyənin Konya vilayətinin Ereğli rayonunda silahlı atışma baş verib. 

Rezonans.az xəbər verir ki, Sinan Kaygısızla Selçuk Türkmen arasında olan düşmənçilik silahlı mübahisəyə çevrilib. 

Məlumata görə, S.Türkmen üzərindəki odlu silahla S.Kaygısızı ölümcül yaralayıb. İkincinin oğlu Məhəmməd S.Türkmeni güllələyərək öldürüb.

Jandarma və polis qrupları iki ailənin yaxınları arasında hər hansı yeni insidentin yaşanmaması üçün xəstəxana ətrafında əlavə təhlükəsizlik tədbirləri görüb. 

Qətl törətməkdə şübhəli bilinən şəxsin tutulması üçün araşdırmalara başlanılıb.

Xəbəri paylaş: