"İctimai nəzarət institutu gücləndirilməlidir" - Ombudsman

img

Əhali ilə birbaşa ünsiyyətə əsaslanan, nöqsan və problemlərin vaxtında aşkar edilməsinə və həllinə imkan verən vətəndaş qəbulları, görüşlər davam etdirilməli, ictimai nəzarət institutu gücləndirilməlidir".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ombudsman Səbinə Əliyeva Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin illik məruzəsini təqdim edərkən deyib.

Əminəm ki, əhalinin hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə illik məruzədə öz əksini tapan təklif və tövsiyələrin ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində öz həllini tapması, insanların layiqli həyat şəraitinin təmin olunmasına, vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək", - deyə S.Əliyeva vurğulayıb.

Xəbəri paylaş: