Qəbələdə ağac kəsilməsi faktı qeydə alındı

img

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qəbələ rayonu, Hacallı kəndi ərazisində ağac kəsilməsi faktı qeydə alınıb.

Bu barədə Rezonans.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, araşdırma zamanı ağacın vətəndaş İlqar Nuhova məxsus obyektin ətrafında kəsildiyi müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Xəbəri paylaş: