Brakonyerlərə məxsus 2 qayıq, 18 ədəd sintetik tor götürüldü

img

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində keçirilən növbəti nəzarət tədbirləri zamanı körfəzdə brakonyerlərə məxsus 2 qayıq aşkar edilib və su hövzəsindən 324 metr uzunluğunda 18 ədəd sintetik tor götürülüb.

Rezonans.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib: “ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin, eyni zamanda, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən milli parkın ərazisində mühafizə rejimi daha da gücləndirilib, növbəli iş təşkil olunub.”

Xidmət rəisi vətəndaşları xüsusi mühafizə olunan təbiət ərazilərində tətbiq olunan mühafizə rejiminə və bundan irəli gələn qaydalara əməl etməyə, bioloji müxtəlifliyin qorunması sahəsində mövcud qanunvericiliyin tələblərini pozmaqdan çəkinməyə çağırıb.

Xəbəri paylaş: