Dövlətin, millətin keşiyində durmaq hər birimizin borcudur

img

Azərbaycan Milli Vətənpərvərlər Birliyi təsis edilib.


Bu barədə birliyin sədri, ictimai - siyasi fəal Rauf Bayrambəyli Rezonans.az-a qeyd olunan birlik barədə açıqlama verib.


Bu Birliyə Azərbaycan dövlətçiliyinin və milli maraqlarının mənafeyini hər şeydən üstün tutan istənilən partiyanın və qeyri-hökumət təşkilatının nümayəndələri daxil ola bilərlər. Birliyin yaradılma məqsədi Dövlətimiz və dövlətçiliyimiz əleyhinə yönələn məkrli əməllərə, qarayaxma və nüfuzdansalma kampaniyasına qarşı müqavimət sistemi yaratmaq, xarici xüsusi xidmət orqanlarının və düşmən  niyyətli qüvvələrin ideoloji təbliğat və  təxribat fəaliyyətinə qarşı vətəndaş mövqeyi sərgiləməkdir.


Yəni, siyasi baxışdan aslı olmayaraq, millətini, dövlətini, vətənini sevən hər bir şəxs üzv kimi daxil ola bilər. 


Birliyə daxil olmaq üçün, yaş həddi 20 yaşdan yuxarı olan Azərbaycan vətəndaşları qəbul olunur - deyə Rauf Bayramlı əlavə edib.

Xəbəri paylaş: