Rusiya Baxmut yaxınlığındakı kəndi işğal etdi

img

"Vaqner" özəl hərbi şirkətinin (PMC) döyüşçüləri Baxmutdan şimal-qərbdə yerləşən Dubovo-Vasilevka kəndini nəzarətə götürüblər. 

Rezonans.az xəbər verir ki, bu barədə PMC-nin təsisçisi Yevgeni Priqojin bildirib.

Dubovo-Vasilevka tamamilə Vaqner PMC-nin nəzarəti altındadır. Ətrafda döyüşlər gedir. Qəsəbənin bütün ərazisi bizim əlimizdədir",  -məlumatda deyilir. 

Qeyd edək ki, artıq bir neçə həftədir Baxmut uğrunda döyüşlər davam edir. 

Xəbəri paylaş: