ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə Rumıniya Diplomatik İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

img

Martın 9-u ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə Rumıniya Diplomatik İnstitutu arasında birgə tədqiqat və diplomatik kadr hazırlığı sahəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.


Rezonans.az xəbər verir ki, anlaşma Memorandumu çərçivəsində xarici siyasət və beynəlxalq münasibətlər üzrə diplomatların və mütəxəssislərin yetişdirilməsi və onların bacarıqlarının inkişafı üçün birgə tədqiqatlar həyata keçiriləcək. Tərəflər həmçinin gənc diplomatların biliklərinin artırılması məqsədilə tədris materiallarının mübadiləsini təmin edəcək və onların postensialının gücləndirilməsi üçün mübadilə proqramı təşkil edəcək.


Sənədə əsasən sözügedən qurumlar maraq sahələrini əhatə edən digər zəruri istiqamətlər üzrə əməkdaşlıq istiqamətində xarici dil kurslarının təşkili ilə bağlı məsləhətləşmələr aparacaq. Hər iki İnstitutu təmsil edən ekspertlər konfrans və simpoziumlarda iştirak edəcək, qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələr həyata keçirəcəklər.

Xəbəri paylaş: