Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib.
Rezonans.az xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin və müharibə iştirakçılarının da iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər RİH başçısı tərəfindən dinlənilib, bir qismi yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.