Ədliyyə naziri Oğuzda vətəndaşları qəbul edib

img

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov martın 10-da Oğuz rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Oğuz, Qəbələ, Ağdaş və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib.


Əvvəlcə xalqımızın ümummilli lideri, bu il 100 illiyini qeyd etdiyimiz Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.


Rezonans.az xəbər verir ki, qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı nazirliyin məsul işçilərinə aidiyyəti tapşırıqlar verilib. Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə xüsusi həssaslıqla yanaşılaraq qayğıları ilə maraqlanılıb.


Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.


Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının iş şəraiti tanış olub, ədliyyə işçiləri və hakimlərlə görüş keçirib.


Nazir 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlamətdar olduğunu bildirərək xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan Ulu Öndərin müasir məhkəmə-hüquq sisteminin bərqərar olunmasında misilsiz rolunu vurğulayıb, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövrünü yaşayan respublikamızın hərtərəfli inkişafını, ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi üzrə həyata keçirilən tədbirləri qeyd edib.


Eyni zamanda qarşıda duran vəzifələr müzakirə olunaraq işin dövlət başçısının tələblərinə uyğun təkmilləşdirilməsi, vətəndaşlara layiqli xidmət göstərilməklə məmnunluğun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması  ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Xəbəri paylaş: