Bakıda silahlı insidentə görə 3 nəfər SAXLANILDI

img

Bu gün Bakıda baş verən silahlı insidentlə bağlı cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə  Rezonans.az-a  DİN-in mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır.

"Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcəkdir", məlumatda deyilir.

Xəbəri paylaş: