Açıq mikrofon” aksiyasının imkanlarından bu gün Neftçala sakinləri yararlanıblar

img

SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilən “Açıq mikrofon” aksiyasının imkanlarından bu gün Neftçala sakinləri yararlanıblar. 


Rezonans.az xəbər verir ki, aksiyada iştirak edən sakinlər qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə “Azəriqaz” İB-nin məsul şəxslərinə müraciət ediblər. 


Rayonun Həsənabad qəsəbəsindən aksiyaya üz tutan Əlniyaz Xankişiyev qapı keçidinin quraşdırılmasını xahiş edib. 


Bundan başqa, görüş zamanı fərdi yaşayış evinin qazlaşdırılması, qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər də ünvanlanıb. 


Vətəndaş məmnuniyyətinin qorunması məqsədilə keçirilən görüşdə təbii qazdan istifadə edən istehlakçılar problemlərinə, istehlakçı olmayan sakinlər isə suallarına cavab tapıblar. 


Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciət edən vətəndaşlara ətraflı məlumat verilərək, müraciətlərinin aidiyyatı üzrə yönləndiriləcəyi vurğulanıb.

Xəbəri paylaş: