Narkotikin təsiri altında mikroavtobus idarə edən şəxs saxlanıldı

img

Qubada narkotikin təsiri altında mikroavtobus idarə edən şəxs saxlanılıb.

Bu barədə Rezonans.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Ötən gün Quba rayon sakini Anar İsmiyevin müntəzəm marşrut xətti üzrə idarə etdiyi "Mercedes" markalı 40-BR-314 nömrə nişanlı nəqliyyat vasitəsi Quba rayonu ərazisində DYP əməkdaşları tərəfindən saxlanılıb, bu zaman onun narkotik vasitənin təsiri altında olması aşkar edilib.

Sürücü barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib

Xəbəri paylaş: