Toy karvanında "avtoş"luq edənlər tutuldu

img

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Rezonans.az-a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində toy karvanında avtoxuloqanlıq edən 9 nəfər müəyyən edilərək şöbəyə gətirilib. Onların idarələrində olan avtomobillər müvəqqəti duracağa yerləşdirilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.


Xəbəri paylaş: