"Əvvəlki nazir və ya icra başçısı ilə işləmək cinayətdir?" - Siyavuş Novruzov

img

Həm yerli, həm də mərkəzi icra hakimiyyətlərində hər hansı dəyişiklik olanda ilk növbədə kadr islahatına başlanılır”. 

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, hansısa qurumda uzun müddət işləyən, fəaliyyət göstərən, kifayət qədər təcrübəsi olan insanları vəzifəyə gələn kimi işdən çıxarırlar: “Bunun səbəbi odur ki, həmin yerə yeni rəhbər gəlib. İşdən çıxan adam nə ölkəsinə xəyanət edib, nə rüşvətxorluqla məşğuldur. Əvvəlki nazir və ya icra başçısı ilə işləmək cinayətdir? Həmin insan da Azərbaycanda işləyib. Hansısa oğurluq və ya cinayəti olub işdən çıxarılırsa, bu başqa məsələ. Bununla bağlı razıyam, hansısa ölçü götürülməlidir. İllərini bir işə sərf edən gözləyir ki, onu işində irəli çəkəcəklər, amma yeni gələn rəhbər onu işdən çıxarır. Kadrların qorunması işi vacibdir”.

Xəbəri paylaş: