Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən başçəkmələr davam edir

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əhalinin həssas qruplarının, o cümlədən ahıl şəxslərin hüquqlarının təmin olunması vəziyyətini daim diqqətdə saxlayır. 


Rezonans.az xəbər verir ki, Ombudsmanın təşəbbüsü ilə Aparatın əməkdaşları Novruz bayramı münasibətilə  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində olublar.

Müəssisədə ahıl şəxslərlə görüşülüb, onların yaşayış yerlərinə baxış keçirilib, qayğıları ilə maraqlanılıb, maarifləndirici söhbətlər aparılıb.

Sonda ahıl şəxslərin müraciətləri dinlənilib,onlara qarşıdan gələn Novruz bayramı münasibətilə Ombudsman Səbinə Əliyevanın təbrikləri, xoş arzuları çatdırılıb və bayram sovqatları təqdim olunub.

Xəbəri paylaş: