
Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə “hə” deyib.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada finlandiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Ərdoğan qeyd edib ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində prosedur başlayacaq.