Macarıstan parlamenti martın 27-də Finlandiyanın NATO üzvlüyünə səs verəcək

img

Macarıstan parlamenti martın 27-də Finlandiyanın NATO üzvlüyünə səs verəcək.

Rezonans.az xəbər verir ki, İsveçə gəlincə, bununla bağlı qərar daha sonra veriləcək.

Hakim Fidesz fraksiyasının rəhbəri Mate Kocsis, "Biz mütləq bəli deyəcəyik" -deyə bildirib.

Parlamentdə 199 mandatdan 133 yerə sahib olan partiyanın nümayəndələri daha əvvəl qeyd etmişdilər ki, parlamentdə altı mandata malik sağçı Mi Hazank partiyasının müxalifəti Helsinki və Stokholmun Şimali Atlantika Alyansına üzvlüyünü dəstəkləyirlər.

Bu günə qədər İsveç və Finlandiyanın NATO-ya müraciətləri 30 ölkədən yalnız ikisi tərəfindən ratifikasiya olunmayıb - bunlar Macarıstan və Türkiyədir.

Xəbəri paylaş: