Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Novruz Bayramı" münasibətilə tədbir keçirilib

img

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Novruz Bayramı" münasibətilə tədbir keçirilib. 


Rezonans.az xəbər verir ki, tədbiri Mərkəzin direktoru Qalib Nəbiyev giriş sözü ilə açaraq,  bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.


Tədbir iştirakçıları Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında danışmışlar. Onlar bildirmişlər ki, bu bayram, həmçinin sülhün, dostluğun, mehriban birgə yaşayışın carçısıdır. Şimal yarımkürəsinə, Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən qədim xalq bayramı Novruz bayramıdır.


Sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aşpaz”, “Qənnadçı, şirniyyatçı”, “Xalçaçı”, “Dərzi”, “Dayə” ixtisasları üzrə təhsil alan ğtələbələrin hazırladığı məhsullardan ibarət sərgiyə baxış keçirilmişdir.

Sərgidə Qəbələ rayon Vəndam qəsəbə 1 saylı məktəbin Peşə Təmayüllü ixtisaslı şagirdləri də iştirak etmişlər. Bayram sərgisində Peşə təmayüllü “Qənnadçı, şirniyyatçı” və “İT mütəxəssisi” ixtisaslı şagirdlər hazırladıqları məhsulları və əl işlərini nümayiş etdirmişdir.


Tədbirboyu Novruza aid müxtəlif mahnılar, musiqilər səslənmişdir. Tədbir iştirakçıları bu anları yüksək əhval-ruhiyyə ilə qarşılamışdır.

Xəbəri paylaş: