Yardımlıda 3 otaqlı ev yandı

img

Yardımlı rayonunun Bürzünbül kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Bu barədə Rezonans.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qeyd olunub ki, evin qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: