Polisdən ƏMƏLİYYAT - 24 kq-dan çox narkotik vasitə aşkarlandı

img

Polis əməkdaşlarının martın 18-də və 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,5 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6 kiloqramdan artıq heroin, 8,5 kiloqrama yaxın marixuana, 3,9 kiloqramdan artıq həşiş, 4 kiloqramdan çox tiryək, 2,1 kiloqramdan çox metamfetamin, 288 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Xəbəri paylaş: