Türkiyədə mədəndə çökmə - 7 nəfər yaralandı

img

Türkiyənin Bolu əyalətinin Mngen rayonunda linyit mədənində baş verən çökmə nəticəsində 7 işçi yüngül xəsarət alıb.

Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolunun mədəndə kömür hasil edilərkən istehkam sütununun qırılması nəticəsində çökmə baş verib.

Yüngül xəsarət alan 7 işçi iş yoldaşları tərəfindən karxanadan çıxarılıb. Təcili yardım tərəfindən ilkin tibbi yardım göstərilən işçilər Boludakı xəstəxanalara aparılıb.

İstehsalın müvəqqəti dayandırıldığı karxanada qəza ilə bağlı qrupların araşdırmaları davam edir.

Xəbəri paylaş: