Azərbaycan xalqı artıq 3 ildir Novruz bayramını işğaldan azad edilmiş torpaqlarımızda qeyd edir

img

Prezident cənab İlham Əliyev torpaqlarımızı  işğaldan azad etməklə ata vəsiyyətini yerinə yetirdi, Azərbaycan xalqının qürurunu, mənəviyyatını,  kimliyini özünə qaytardı. Ölkə başçımız torpaqlarımızı düşmən işğalından qurtaran Müzəffər Ali Baş Komandan, cəsur sərkərdə kimi adını Azərbaycan tarixinə yazdırdı.


Azərbaycan xalqı artıq 3 ildir Novruz bayramını işğaldan azad edilmiş torpaqlarımızda da qeyd edir. Novruz Azərbaycan xalqının mədəniyyətini, adət ənənələrini, mədəni dəyərləri özündə birləşdirən bir bayramdır. Prezident cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman xalqımıza məxsus milli dəyərlərə, adət - ənənələrə böyük hörmət və diqqətlə yanaşırlar. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, xalqımıza məxsus milli dəyərlərimizin dünyada tanınmasında misilsiz əməyi var. Məhz Mehriban xanım Əliyevanın böyük əməyi və səyi nəticəsində Novruz bayramı UNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentiv siyahısına daxil edilmişdir. Novruz bayramı həmçinin bütün bəşəriyyətin mənəvi dəyəri  hesab edilir. BMT Baş Assambleyası mart ayının 21-ni "Beynəlxalq Novruz Günü" elan etmişdir. 


Məhz  Mehriban xanım Əliyevanın sayəsində Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahısına daxil edilmiş,  qorunma altına alınmışdır. Bununla yanaşı Mehriban xanımın səyi nəticəsində Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, kəlağayı sənəti, Lahıc misgərlik sənəti də UNESKO nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentiv siyahısına daxil edilmişdir.

Ölkə başçımız hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayır və bu bayramda işğaldan azad edilmiş torpaqlarımıza səfərlər edir. 


2021-ci il martın 20-də Prezident cənab İlham Əliyev Şuşada  Cıdır düzündə tonqal alovlandıraraq Azərbaycan xalqına müraciəti və bir daha "Şuşa sən azadsan", "Şuşa Azərbaycandlr", "Qarabağ Azərbaycandlr" deməsi hər bir azərbaycanlıya qürur hissi yaşatdı. 2022-ci ildə  ölkə başçımız Novruz bayramında Suqovuşana səfər etmiş və buradan da Azərbaycan xalqına öz təbriklərini söyləmişdir. 


2023 -cü ildə isə ənənəyə uyğun ölkə başçımız İlham Əliyev, birinci xanım Mehriban Əliyeva  və qızları Arzu Əliyeva Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə səfər edərək Novruz tonqalını alovlandırdılar. 



Kamilə Əliyeva 

Milli Məclisin deputatı, professor

Xəbəri paylaş: