
Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artıb.
Rezonans.az xarici mətbuata istinadən xəbər verir ki, Talibanın İctimai Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman Amar azı 2 nəfərin öldüyünü, 20-yə yaxın insanın isə yaralandığını bildirib. O, insan itkisinin arta biləcəyini istisna etməyib.
Pakistanın Fövqəladə Hallar Xidmətinin sözçüsü Bilal Faizi isə ölkənin şimal-qərbində müxtəlif bölgələrdə evlərin damının uçması nəticəsində 9 nəfərin öldüyünü açıqlayıb.