Xətaidə 3 otaqlı evdə yanğın olub

img

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 6 m² sahədə yanıb.

Rezonans.az xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: