Ağdamda açıq ərazidə yanğın olub

img

Ağdam rayonunun Cinli kəndində yanğın olub.

FHN-dən Rezonans.az-a verilən məlumata görə, açıq ərazidə 10 ha sahədə quru ot, kol-kos və 30 ədəd ağac qismən yanıb. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: