SOCAR "Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir

img

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (27-28.03.2023 və 30-31.03.2023 tarixləri) daha 1 şəhər və 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. 


Rezonans.az Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək #Oğuz rayonunda (Zərifə Əliyeva Parkı), 2-ci günü saat 14:00-dan 15:00-dək Şəki şəhərində (M.F.Axundov Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək #Qax rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə #Zaqatala rayonunda (Mədəniyyət Evinin qarşısı) baş tutacaq. 


Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Xəbəri paylaş: