Qubada qanunsuz kömür quyusu aşkar edildi

img

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı   qanunsuz yolla istismar edilən kömür quyusu aşkar edilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Rezonans.az-a verilən məlumata görə, qanunsuz kömür istehsal edənin rayon sakini Elsevər Qayıbov   olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

Xəbəri paylaş: