Fransa dövlət qurumlarının kibertəhlükəsizliyini təmin etmək üçün bəzi yeni tədbirlər görüb. Beləki, dövlət tərəfindən istifadəyə verilən xidməti smartfonlarda "TikTok", "Twitter" və "Instagram" kimi “əyləncə” proqramlarından istifadə qadağandır.
Rezonans.az-ın məlumatına görə, xidməti telefonlarda Fransanın dövlət işçiləri əyləncə proqramlarından istifadə edə bilməyəcəklər.
Qeyd etmək lazımdır ki, qadağa yalnız dövlət tərəfindən istifadəyə verilən xidməti cihazlar üçündür.