Tovuzda “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

img

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı keçirilən silsilə tədbirlərin davamı olaraq Tovuz rayonunda ağacəkmə aksiyası keçirilib.

Rezonans.az xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Tovuz Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən aksiyada rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və könüllü gənclər iştirak ediblər.

Ağacəkmə aksiyasının məqsədi ətraf mühitin qorunmasına, rayon ərazisində yaşılıqların genişləndirilməsinə və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməkdən ibarətdir.

Aksiya iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin adına 300 ədəd həmişəyaşıl ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Xəbəri paylaş: